Yay başlayandan bu günə qədər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 35 nəfər günvurma diaqnozu ilə müraciət edib. Stansiyadan SİA-ya verilən xəbərə görə, günvurma hadisələrindən ölüm faktı qeydə alınmayıb. Ötən gün havanın isti keçməsi nəticəsində stansiyaya 2 nəfər müraciət edib.
Qeyd edək ki, günvurma hadisələrinin baş verməməsi üçün insanlara günün ən isti saatlarında küçəyə çıxmamaq tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB