Azərbaycanda 32 mindən çox həkim var

Azərbaycanda 32 mindən çox həkim var

Əgər ötən əsrin əvvəlində Azərbaycanda 300-dən bir az artıq həkim çalışırdısa, indi bu rəqəm 32 mini keçib. SİA-nın "Tibb" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında çıxışı zamanı məlumat verib.

Bu gün səhiyyə sahəsində imkanların ildən-ilə artdığını dilə gətirən nazir insanların tələbinin də artdığını xüsusi vurğulayıb: "Hər bir Azərbaycan vətəndaşının istədiyi ölkəyə səyahət etmək, orada səhiyyə xidmətlərindən xəbərdar olmaq imkanları var. Bu gün insanlar Azərbaycan səhiyyəsini ABŞ, İngiltərə səhiyyəsi ilə müqayisə edirlər və onlarla eyni səviyyədə olmasını istəyirlər. Əlbəttə ki, biz də bunu istəyirik və bunun üçün çalışırıq. İnşallah, bizim səhiyyəmiz onlardan da yüksək səviyyədə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə