Beynəlxalq təşkilatlar Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması işini yüksək qiymətləndirir
Azərbaycanda Milli Reproduktiv sağlamlıq strategiyası və Sağlam analıq Milli Proqramı istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu barədə SİA-ya səhiyyə nazirliyinin mətbuat xidmətindən bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan hökumətinin xüsusən də ölkədə olduqca güclü perinatal müalicə xidmətlərinin qurulması və perinatal mərkəzlər şəbəkəsinin operativ vəziyyətə gətirilməsi sahəsində ana ölümü səviyyəsinin gözəçarpan şəkildə azaldılmasına nail olunub. Mülahizədə Reproduktiv sağlamlığa dair Ana ölümü indeksinin nəzərə çarpacaq dərəcədə azalması, BMT-nin Əhali Fondunun ölkəmizdə icra olunan proqramlarında Səhiyyə Nazirliyinin fəal iştirakı, Sağlam Analıq Milli Proqramının həyat keçirilməsində xüsusi səylərin göstərilməsi, "Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlanması haqqında Qanun"un qəbul edilməsində göstərilən səylər və bu kimi tədbirlər çox yüksək qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB