"Noyabrın 22-dən 29-dək paytaxt Bakıda və Azərbaycanın bir neçə regionunda ali və orta ixtisas təhsili müəssisələrin tələbələrinin İİV-lə müayinə ilə bağlı keçirilən Avropa həftəliyində iştirakı nəzərdə tutulub". SİA-nın xəbərinə görə, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova bu gün Bakıda keçirilən "Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan bu il ilk dəfə olaraq Avropa regionunda keçirilən İİV-lə müayinə ilə bağlı Avropa həftəliyinə qoşulub və bu aksiyada azərbaycanlı tələbələr də iştirak edəcək: "İlk olaraq 3 ali məktəbin tələbələri könüllülük prinsipi əsasında bu müayinələrdən keçib və nəticələrini biliblər. Məqsədimiz bu müayinə barədə tələbələri, yeniyetmələri məlumatlandırmaq, onlara xəstəlik haqqında məlumat verməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB