Bakıda Səhiyyə sərgisi keçirilir

Bu gün Bakıda 19-cu Azərbaycan Beynəlxalq Səhiyyə, 8-ci Azərbaycan Beynəlxalq Stomatologiya və 7-ci Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri öz işinə başlayıb. SİA-nın məlumatına görə, Bu il də sərgidə 17 ölkədən 116 şirkət iştirak edir. Bu il sərgilərdə iştirak edən iştirakçıların sayında 20% artım qeydə alınıb. İlk dəfə olaraq sərgi çərçivəsində dünyanın 20-dən artıq müxtəlif klinikasını ehtiva edən "Tibbi turizm" bölümü fəaliyyət göstərir.

Səhiyyə Nazirliyinin dəstəyi ilə "İteca Caspian LLC" və "İTE Group PLC" şirkətləri tərəfindən Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgilərə Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) da təşkilati dəstək göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə