Dünyanın 150-dən çox ölkəsində quduzluq xəstəliyinə yoluxmaq halı müşahidə olunmaqdadır. Hər il 55000-dən artıq insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Bu o deməkdir, ki hər 10 dəqiqədə 1 insan ölür. Bu barədə SİA-ya Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.
Məlumata görə, Azərbaycanda quduzluğun epizootoloji vəziyyətinə gəlincə son 5 ilin hesabatlarına nəzər salsaq heyvan dişləmələrinin və insan ölümlərinin sayının artması Azərbaycanda quduzluğun yayılmasının göstəricisidir. 2008-2012-ci illərdə heyvanlar arasında 202 hadisə qeydə alınıb.
2011-ci ildə 245590 heyvan vaksinasiya olunub. Quduzluq xəstəliyinin zonalar üzrə statistikası (2008-2012-ci illər üzrə) onu göstərib ki, Bakıda heç bir fakt qeydə alınmayıb, zonalarda isə bu göstərici 18 % təşkil edib.
Müxtəlif heyvanların yoluxma dərəcəsi (2008-2012-ci illər) itlər arasında çoxluq təşkil edib. Belə ki, itlər arasında 49, iribuynuzlu heyvanlarda 32, canavarlarda 10, pişiklərdə 6, atlarda isə 5 fakt qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB