Tibb ocağında yenidənqurma işləri aparılır

Tibb ocağında yenidənqurma işləri aparılır

Qərb bölgəsinin ən iri xəstəxanalarından biri - Abbas Səhət adına 1 saylı tibb ocağında yenidənqurma işləri aparılır. Səhiyyə Nazirliyinin sifarişi əsasında həyata keçirilən tədbirlər çərçivəsində bina tam müasir hala gətirilir. Ötən ildən başlanılan işlərin müəyyən hissəsi yekunlaşmaq üzrədir. Artıq xəstəxananın fasad hissəsində aparılan işlər yekunlaşıb.

Bundan əlavə səhiyyə müəssisəsinin istilik sistemi və elektrik xəttləri də hazır vəziyyətə gətirilib. İş icraçısı Qəzənfər Quliyevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, işlər binanın daxilində qalıb. Ayrıca xəstəxana liftlə də təmin olunacaq, avadanlıqlar da Türkiyədən gətirilib.

Ümumiyyətlə, layihəyə əsasən xəstəxananın əsas binası ilə bərabər Yoluxucu Xəstəliklər Xəstəxanası və 6 saylı Poliklinika da müasir görkəmə salınır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə