Mobil telefonların elektromaqnit şüalanması ilə insan orqanizmində qalxanabənzər vəzdə xərçəng xəstəliyinin yaranması və inkişafı arasında birbaşa əlaqənin varlığı ilk dəfə sübut olunub. SİA məlumat verir ki, İsraildəki Təl-Əviv Universiteti və "Beylinson" xəstəxanasının alimlərinin birgə araşdırmasının nəticəsi belədir. Son 10 ildə Avropa Birliyi ölkələri və İsraildə qalxanabənzər vəzin xərçəngi xəstəliyinin artım statistikası israilli alimləri belə araşdırma aparmağa sövq edib.
Belə ki, 1990-cu ildə hər 100 min israilli kişi arasında qalxanabənzər vəz xərçəngi ilə bağlı 4,2 fakt qeydə alınmışdısa, 2007-ci ildə bu göstərici 4,7, 2012-ci ildə isə 6,1 olub. Həmin dövr ərzində israilli qadınlar arasında sözügedən göstərici 9,7-dən 16,3-ə qədər artıb. Ərəb kişilər arasında müvafiq rəqəmlər 1-dən 3,2-dək, ərəb qadınlar arasında isə 4,3-dən 10,9-a qədər artıb. Eksperimentlər isə tamamilə sağlam adamların qalxanabənzər vəzindən alınmış hüceyrələr üzərində aparılıb. Həmin hüceyrələr mobil telefonun elektromaqnit şüalanmasını təkrarlayan qurğu tərəfindən şüalanmaya məruz qalıb. İlk eksperimentdə hüceyrə proliferasiyası üçün Ki-67 antigenindən istifadə olunub. Şüalanmaya məruz qalan hüceyrələr sürətlə bölünməyə başlayıblar. Sonrakı sınaqlar da bu nəticəni təsdiqləyib.
Araşdırmaya başçılıq edən professor Rafael Faynmesser bildirb ki, mobil telefonun elektromaqnit şüalanması nəticəsində qalxanabənzər vəzin hüceyrələrində fəsadlı dəyişikliklər başlanır.
Qeyd edək ki, mütəxəssislər mobil telefonla danışanda elektromaqnit şüalanmasının təsirini azaltmaq üçün qulaqcıqlardan istifadə etməyi məsləhət bilirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB