Azərbaycan Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edib. Kabinetdən SİA-ya verilən məlumata görə, dəyişiklik "Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin sərəncamının icrasını təmin etmək məqsədi ilə edilib.
Edilən dəyişikliyə əsasən, "Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "I.Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "14.Ağdaş rayonunun tibb müəssisələri" hissəsinin 14.6-cı bəndindən "Məşəd" sözü çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB