Barselona şəhərində GSM Assosiasiyası tərəfindən təşkil olunan illik Mobile World Congress 2013 sərgi və konfransı çərçivəsində Azərbaycanın Mobitel və İsrailin Lifewatch şirkətləri arasında müqavilə imzalanıb. SİA-nın məlumatına görə, müqaviləyə əsasən bu ilin ikinci rübündə Azərbaycanda sensorlu tibbi diaqnostika funksiyasına malik unikal smartfonların satışına başlanacaq. İndiyədək dünyada analoqu olmayan bu smartfon istifadəçiyə elektrokardioqram (ECG), qanda şəkərin, oksigenlə zənginliyin səviyyəsinin, nəbzin, temperaturun ölçülməsi kimi bir sıra tibbi prosedurları müstəqil aparmağa imkan verəcək.
Son 20 ildə tibbi avadanlığın işlənib hazırlanmasında və istehsalında ixtisaslaşan Lifewatch şirkəti dünyada ilk dəfə olaraq özünün işləyib hazırladığı tibbi sensorları mobil smartfona inteqrasiya edərək, onu əsl tibbi diaqnostika cihazına çevirib, üstəlik, smartfonu müasir tələblərə uyğun hazırlayıb.
Mobitel şirkətinin ilkin proqnozlarına görə, smartfon bu ilin may-iyun aylarında satışa çıxarılacaq. Sonra həmin cihazlar ABŞ, Almaniya, İspaniya, Türkiyə və bir çox digər ölkələrin bazarlarında satılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB