"Azərbaycanın regionlarında artıq 500-dən çox ürək əməliyyatları keçirilib". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək-damar cərrahı Rəşad Mahmudov deyib.
O bildirib ki, 2006-cı ildən başlayaraq regionlarda da ürək əməliyyatları həyata keçirilir. Əməliyyat olunan insanların 20%-i anadangəlmə ürək qüsurlu insanlar olub.
R.Mahmudov qeyd edib ki, bu gün Azərbaycanda ürəyin 6-7 qüsuru olan insanlar belə uğurla əməliyyat olunur. Onun sözlərinə görə, ürək əməliyyatlarında xarici mütəxəssislər də cəlb olunur və onlar yerli kadrların ixtisaslaşmasının artırılmasına öz töhfələrini verirlər: "Ümumiyyətlə Azərbaycanda maddi cəhətdən imkansız ailələrin ürək-qüsurlu uşaqların əməliyyat olunmasına da Heydər Əliyev Fondu tərəfindən vəsait ayrılıb və bundan sonra da iş davam etdiriləcək".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB