Azərbaycanda xəstəliklərlə bağlı vəziyyət necədir?

Azərbaycanda xəstəliklərlə bağlı vəziyyət necədir?

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən "Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları" mövzusunda tədbir keçiriləcək. SİA-nın xəbərinə görə, jurnalistlər üçün brifinq sentyabrın 20-də təşkil olunacaq. Brifinqdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə Siyasəti və İslahatlar şöbəsinin müdiri, Töhfə Cəmilova mövzu ilə bağlı təqdimatla çıxış edəcək, sualları cavablandıracaq.

Bu, Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsinin artıq 3-cü brifinqi olacaq. Daha öncəki brifinqlər vərəm və onunla bağlı stiqma, və ana südü ilə qidalandırma mövzularında keçirilib. Sentyabrın 20-də keçiriləcək brifinqdə həmçinin 12 martda elan olunan "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda keçirilən jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanacaq və qaliblərə mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi Abt Assoşiets təşkilatı tərəfindən həyata keçirilir. Abt Assoşiets təşkilatı 2007-ci ildən səhiyyə islahatları sahəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edir. Layihənin əsas fəaliyyəti vərəm, ana, neonatal və uşaq sağlamlığı, reproduktiv sağlamlıq, ailə planlaşdırılması və qeyri-yoluxucu xəstəliklər kimi səhiyyənin prioritet sahələrində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə