Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan süd məmulatlarının təhlükəsizlik göstəricilərini yoxlayıb. SİA-nın xəbərinə görə, mərkəzin şöbə müdiri İmran Abdullayev bu yoxlamalar zamanı narahatedici faktların aşkarlanmadığını deyib. Onun sözlərinə görə, yoxlama zamanı 104 nümunə götürülüb.
"Yalnız bir xama nümunəsində bakteriya çöpləri aşkarlandı. Amma yenidən iki qat həcmdə götürülmüş nümunələrdə bakteriya çöpləri üzə çıxmadı", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB