Ötən günün statistikası: 7 günvurma, 3 zəhərlənmə

Ötən günün statistikası: 7 günvurma, 3 zəhərlənmə

Ötən gün günvurma diaqnozu ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 7 nəfər müraciət edib. SİA-nın xəbərinə görə, stansiyanın operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib ki, onlardan 3-ü xəstəxanaya yerləşdirilib, digərləri isə evə buraxılıb. Xəstəxanaya yerləşdirilənlərdən biri uşaq olub. Bu rəqəm isə cari il yay mövsümündə qeydə alınan ən yüksək göstəricidir.

Bundan əlavə, ötən gün qida zəhərlənməsi ilə bağlı 3 nəfər stansiyaya müraciət edib. Bunlardan biri hamilə qadın olub ki, onun da qarpızdan zəhərləndiyi deyilir. Zəhərlənənlərin hər üçü Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə