Alimlər uzunömürlülükdə yeni gözlənilməz amil aşkar ediblər…

Harvard T.H Chan İctimai Sağlamlıq Məktəbindən olan tədqiqatçılar, minnətdarlıq hissinin ömrünü əhəmiyyətli dərəcədə uzada biləcəyini müəyyən etdilər.

SİA-nın məlumatına görə, JAMA Psixiatriya jurnalında dərc edilən araşdırmada tədqiqatçılar orta yaşı 79 olan 49 275 iştirakçının məlumatlarını təhlil ediblər.

2016-cı ildə könüllülər minnətdarlıq səviyyələrini qiymətləndirən anketləri doldurublar.

4608 iştirakçının artıq öldüyü 2019-cu ildə elm adamları müəyyən edə biliblər ki, təşəkkür faktoru üzrə yüksək bal toplayan insanların ölüm riski digər iştirakçılara nisbətən 9 faiz azdır.

Araşdırmanın aparıcı müəllifi Yinq Çen bildirib ki, yeni dəlillər şükürün yaşlı insanların ömrünü artıra biləcəyini təsdiqləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə