39 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonu, Xocahəsən qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Əliyev Aqil Nizami oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə