Salyanda qəza zamanı piyada ölüb

Salyanda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Qaraçala qəsəbəsi ərazisində qeydə alınıb.

Şirvan sakini idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada-Salyan rayonunun Qaraçala qəsəbə sakini, 2001-ci il təvəllüdlü Səlimov Cavad İsmayıl oğlunu vurub. Ağır xəsarət alan piyada Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə