Əsgər yanından qayıdan şəxslərin maşını qəzaya düşüb - FOTO

Yevlax rayonunda "VAZ-2106" ilə Kamaz toqquşub ölən var. SİA-nın xəbərinə görə, hadisə Yevlax-Bərdə avtomobil yolu ərazisində baş verib.

"VAZ-2106" markalı avtomobillə Kamazın toqquşması nəticəsində sürücü - Tovuz rayon sakini, 1953-cü il təvəllüdlü Əmrah Mahmudov ölüb, bir ailənin 3 üzvü - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Yaşar Alıyev, onun qızı, 2002-ci il təvəllüdlü Aytac Alıyeva və 2010-cu il təvəllüdlü Amil Alıyev isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, həmin şəxslər Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətdə olan övladlarının yanından qayıdan zaman qəzaya düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...