Fırtına zamanı 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Türkiyənin Mərmərə bölgəsində “Lodos” fırtınası nəticəsində 63 nəfər yaralanıb, daha 5 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, Mərmərə bölgəsinə 28 ədəd təcili tibbi yardım maşını, 99 səhiyyə işçisi ayrılıb.

Daha əvvəl verilən məlumata görə, Konya-Ankara yolunda 30 avtomobilin toqquşması zamanı əmələ gələn zəncirvari qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Qəzanın baş verməsinə səbəb qum fırtınası olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...