Gənc oğlan üç bıçaq zərbəsi alıb

Paytaxtın Suraxanı rayonunda bıçaqlanma baş verib.

SİA xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Əlizadə Murad Nemət oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Ona sol nahiyəsindən bel, döş qəfəsi və qoluna ümumilikdə üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...