Türkiyədə dörd rusiyalı saxlanılıb

Türkiyədə "hərbi və siyasi casusluq" ittihamı ilə dörd rusiyalı, habelə bir ukraynalı və Özbəkistan vətəndaşı həbs edilib. SİA-nin "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğu onları "çeçen müxalifətçilərinə hücum hazırlamaqda" şübhəli bilir.

Materialda Abdulla Abdullaev, Ravshan Akhmedov, Beslan Rasaev və Aslanbek Abdulmuslimov, ukraynalı İqor Efrim və Özbəkistan vətəndaşı Amir Yusupovun adları və soyadları var. RİA Novosti agentliyinin verdiyi məlumata görə, agentliyin Türkiyənin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatların rəsmi təsdiqi yoxdur.

Oktyabrın 11-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, əgər biz həqiqətən ruslardan danışırıqsa, deməli Rusiya tərəfi diplomatik kanallar vasitəsilə ya məlumat almışdı, ya da alacaq. Agentlik xəbər verir ki, eyni zamanda o, Kremldə belə bir məlumatın olmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə