Bakının Xəzər rayonunda ikimərtəbəli ev yanıb...

...xəsarət alanlar var

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 kvadratmetr olan (hər mərtəbəsi 120 kvadratmetr) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğın zamanı yanıq xəsarəti alan ev sahibi və onun müxtəlif dərəcəli bədən xəsarətləri alan gəlini yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə