İmişlidə ağır qəza: 8 nəfər yaralandı - ADLAR

İmişlidə 8 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisə dünən gecə rayonun Şahverdili kəndində baş verib.

Belə ki, “Shacman” markalı yük maşını “QAZ-24” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində yaralananlar İmişli rayon sakinləri – 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı, 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu, 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu və 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə