Oğurluq etdiklərinə görə tutuldular

Binəqədi rayonundakı Fatmayı və Goradil bağlar sahəsindən Abşeron Telefon Qovşağına məxsus naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fatmayı bağlar sahəsindən 150 metr, Goradil bağlar sahəsindən isə 400 metr Abşeron Telefon Qovşağına məxsus naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri P.Fətəliyev və əvvəllər məhkum olunmuş Z.Adgözəlov saxlanılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə