Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı bir neçə obyektdə karantin rejiminin qayda və tələblərinin pozulduğu müəyyən edilib.

Mağazalarda bəzi satıcı və müştərilərin sosial məsafəni gözləmədikləri, eləcə də tibbi maskadan istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslər barəsində İnizbati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən protokol tərtib edilərək, onlar cərimələniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə