İsmayıllıda avtomobil aşdı, ölən və yaralı var

İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 15-də saat 14 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini H.Əkbərov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb.

Nəticədə avtomobildəki sərnişin Xanımqız Tarverdiyeva hadisə yerində ölüb.

İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə