Tbilisidə iki Azərbaycan vətəndaşı saxlanılıb

Tbilisidə böyük həcmdə narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilən iki Azərbaycan vətəndaşı saxlanılıb. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. 35 yaşlı X.N. və 38 yaşlı N.Q. Kvemo-Kartli Polis Departamenti və Qardabani rayon Polis İdarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Saxlanılan şəxslərin üzərində bir neçə paket heroin, morfi, metadon, kodein və Alfa-PVP (α-PVP) aşkarlanıb. Saxlanılan şəxslər 16 ildən 20 ilə qədər həbs cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...