Astarada 12 yaşlı qız dəm qazından zəhərlənib

Astarada dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın məlumatına görə, şəhərin Məşədi Əzizbəyov küçəsində 2006-cı il təvəllüdlü Cəmilə Vüsal qızı Malıyeva evdə qazdan zəhərlənib. C. Malıyeva təcili yardım maşını ilə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə