Bakıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 70 m2 olan tikilinin içərisində televizor və stul yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə