Yol qəzasında 2 nəfər xəsarət aldı

Goranboy rayonunda yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı-Qazax magistral yolunda yük avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində sürücü Gəncə şəhər sakini Qərib Əliyev və sərnişini müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım (TTYX) çatdırılıblar. Sürücünün vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə