Oğurladığı maşını "Kamaz"a çırpdı

Quba şəhəri, Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, 1970-ci il təvəllüdlü sürücü Murad Murtuz oğlu Bağırov hadisə yerindən Quba şəhər sakini, 1960-cı il təvəllüdlü Nazim Mirabbas oğlu Xürrəmiyə məxsus "VAZ-21011" markalı avtomobili onun işlədiyi Heydər Əliyev prospektində yerləşən "24 saat market"in qarşısından oğurlayaraq qaçıb.

M.Bağırov çox keçmədən N.Xürrəmiyə məxsus avtomobili "Kamaz" yük maşınına çırpıb. Hadisə yerinə gələn polis əməkdaşları sürücünün sərxoş olduğunu aşkarlayıblar. M.Bağırov qəzadan yüngül bədən xəsarətləri ilə qurtulub. Avtomobil isə tamamilə yararsız hala düşüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşadırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə