Xəzər dənizinin Bilgəh qəsəbəsinə yaxın ərazisində bir nəfər batmaq təhlükəsi ilə üzləşib. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata istinadən xəbər verir ki, bu gün səhər saatlarında "Bilgəh" sularda xilasetmə məntəqəsi ərazisində 1 nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Vətəndaş FHN-in dalğıc-xilasedicisi tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə