“Qanuni oğrular" polisin hədəfində

Moskva polisi bir həmlə ilə 70 avtoriteti həbs etdi

Fevralın 25-də cinayətkar aləmin 300 təmsilçisi "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın 40 mərasimi ilə bağlı Moskvanın "Korston" restoranına "sxodka"ya toplaşıb.

Polis 70 nəfəri, o cümlədən "Ded Xasan"ın qardaşı oğlu, "Timur Tibliski" ləqəbli "qanuni oğru" Teymur Mirzoyevi saxlayıb.

"Avtoritetlər" polis daktiloskopik tədqiqata cəlb olunub və öncə baş vermiş cinayətlərdə iştiraklarının olub-olmadığı yoxlanılıb.

Qeyd edək ki, "Ded Xasan" yanvarın 16-da saat 14:30 radələrində Kremlin yaxınlığındakı "Karetnıy dvor" restoranının girişində "Ded Xasan" güllələnib. "Ded Xasan" xəstəxanaya aparılıb reanimasiya şöbəsinə yerləşdirilsə də, tezliklə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə