Qəbələ rayonunda mənzil yandı

Qəbələ rayonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, rayonun Həmzəli kəndində (rayon mərkəzindən 2 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli üçotaqlı evin 1 otağı, dəhlizinin tavanı və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə