3 aylıq körpə avtoşların qurbanı oldu FOTO

3 aylıq körpə avtoşların qurbanı oldu. SİA-nın Aran bürosunun verdiyi xəbərə görə, ötən gün axşam saat 21:30 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonun Pirsaat kəndi ərazisindən keçən hissəsində Şirvan şəhərindən olan avtoşlar qəza törədiblər.

Hacıqabul rayonu istiqamətdə hərəkətdə olan sürücü Şirvan sakini, 1988-ci il təvəllüdlü Cəbiyev Rəşad Məhəbbət oğlunun idarə etdiyi "VAZ 2107" markalı 90 LP 367 nömrəli avtomobillə, digər sürücü Şirvan sakini, 1987-ci il təvəllüdlü Babayev Elmar Yolçu oğlu isə "VAZ 21015" markalı 50 CH 252 nömrəli avtomobillə ötüşərkən ikinci yolun qoruyucu hissəsindəki dəmirə çırpılaraq idarə etməni itirib və sağ tərəfində gedən birinci maşına dəyərək yoldan çıxaraq dərəyə aşıb. Nəticədə maşında olan sərnişinlərdən yüngül xəsarətlər alan olsa da, ən dəhşətlisi 3 aylıq körpə, Şirvan sakini Mustafayeva Həvva Daşqın qızının hadisənin qurbanına çevrilib. 3 aylıq körpə Şirvan mərkəzi xəstəxanasında can verərək həyatını itirib.

Qeyd edək ki, faktla bağlı BDYP idarəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə