Paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib - FOTO
Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolların sürüşkən olması səbəbindən qəzalar baş verib və nəqliyyat sıxlığı yaranıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən mətbuat katibi Ömər Xıdırov SİA-ya bildirib ki, yaranan sıxlığın aradan qaldırılması istiqamətində yol polisi ilə birgə təxirəsalınmaz tədbirlər görülür.
1. Binəqədi rayonu, Bakı Dairəvi yol, Beynəlxalq Avtovağzalın yaxınlığı, Biləcəri qəsəbəsi istiqamətində yol-nəqliyyat hadisəsi baş verib, sıxlıq yaranıb;
2. Nizami rayonu, Heydər Əliyev prospekti, "ASK Arena"nın qarşısı, mərkəz istiqamətində yol-nəqliyyat hadisəsi baş verib; sıxlıq yaranıb;
3. Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, yolda hər iki istiqamətdə sıxlıq var;
4. Nərimanov rayonu, Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var.
Bütün xəbərlər Facebook səhifəmizdə