Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir. SİA-nın bölgə müxbiri xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə