Zaqatalada baş verən qəzada bir neçə nəfər xəsarət alıb

Axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Qax rayon istiqamətdə hərəkət edən avtomobillə digər minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə