Samuxda iki nəfər Kürdə batıb

Samux rayon ərazisində iki nəfər Kür çayında batıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Samux və Şəmkir rayon sakinləri olan 2 nəfər Kürdə balıq tutmaq istəyən zaman batıblar. Onların meyitlərinin tapılması üçün axtarışlar davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə