Ötən il Azərbaycanda yaşamaq üçün 80 minə yaxın müraciət qeydə alınıb - DMX
Ötən il Dövlət Miqrasiya Xidmətinə (DMX) əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması (müddətlərinin uzadılması) ilə bağlı 77 min 334 müraciəti daxil olub. Bu barədə SİA-ya DMX-dən məlumat verilib.
Bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı quruma 378 min 307 müraciət ediblər.
Şəxslərin vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətlərinin sayı isə 15 min 325 olub.
Bütün xəbərlər Facebook səhifəmizdə