Şəki-Qax avtomobil yolunun Baş Göynük kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu gün saat 17:00 radələrində Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində hərəkətdə olan “Kamaz” markalı avtomobil əvvəlcə yolun kənarındakı piyadanı vurub, daha sonra isə traktora çırpılıb.
Nəticədə piyada ölüb, “Kamaz” və traktorun sürücüsü xəsarət alıb.
Ölümlə və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə