Oğuzda yol qəzası zamanı avtomobil çökəkliyə aşıb - xəsarət alan var

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Qaraməryəm – İsmayıllı - Şəki magistral yolunun Padar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Fiat” və “Mitsubishi" markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Fiat” çökəkliyə düşüb. Nəticədə sürücü, 41 yaşlı Vüqar Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəki Rayon Mərkəzi Xəstəxanasında müalicəsi aparılan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə