Samuxda 3 ton 100 kq çətənə bitkisi məhv edilib - FOTO

Samuxda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4 950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə