“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin həyata keçirdikləri zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Hadisə nəticəsində, ilkin hesablamaya əsasən, 1000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksəkgərginlikli hava elektrik xətləri alovdan mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə