12 yaşlı övladına qarşı cinsi zorakılıq edib?..

...Çuvaşiyada ata məktəbli qızına qarşı cinsi zorakılıqda şübhəli bilinib.

SİA REN TV Telegram kanalına istinadən xəbər verir ki, insident Çeboksarıda baş verib.

Belə ki, yerli fabrikdə sapançı işləyən 36 yaşlı kişiyə qarşı iki cinayət işi açılıb.

İstintaqın məlumatına görə, rusiyalı 2022-ci ilin yayından 2024-cü ilin sonuna qədər 12 yaşlı qızı zorlayıb.

Şübhəli şəxs bu günlərdə saxlanılıb.

Kanal qeyd edir ki, qızın ailəsi xidmətlərdə qeydiyyatda deyil. Hazırda baş verənlərin bütün təfərrüatları müəyyənləşdirilir. …Qeyd edək ki, həbs edilən şəxs haqqında onun əvvəllər qanunla bağlı ciddi problemləri olmadığı məlum olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə