Hacıqabulda avtomobil iki əmioğlunu vurub, biri ölüb

Hacıqabul rayonunda piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə saat 20 radələrində Hacıqabul rayonu Udulu kəndi ərazisində qeydə alınıb. "VAZ" markalı avtomobil iki əmioğlunu, Udulu kənd sakinləri - 18 yaşlı Qocayev Pünhan Ehtiram oğlu və 19 yaşlı Qocayev Əli İlqar oğlunu vurub. Pünhan Qocayev hadisə nəticəsində ölüb. Xəsarət alan Əli Qocayev isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə