Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində teplovoz aşıb

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisindən keçən sərt aşırımlı Trialeti-Tsalka mənzilində aparılan təmir-bərpa işləri zamanı hərəkətdə olan manevr teplovozunun qəfil relsdən çıxması nəticəsində “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gürcüstan filialının bir nəfər əməkdaşı, maşinist köməkçisi Ruslan Sadıqov dünyasını dəyişib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, ADY-dən bildirilib ki, göstərilən ilkin tibbi yardıma baxmayaraq, əməkdaşımızın həyatını xilas etmək mümkün olmayıb. Manevr teplovozunun digər ekipaj üzvlərinin səhhəti normaldır, əlavə xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə