Fazil Mustafa evinin qarşısında güllələnib

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib. SİA xəbər verir ki, hazırda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları deputatın güllələndiyi ərazidədir.

İlkin məlumata görə, deputat evinin qarşısında avtomobilindən düşərkən güllələnib. O sağ dizindən və sağ çiyin nahiyəsindən güllə yarası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə