Yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 5-ə çatıb, xəsarət alanlar var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Nijnevartovsk şəhərinin Mira küçəsində partlayış zamanı beşmərtəbəli yaşayış binasının ikinci və üçüncü mərtəbələri uçub.

Şəhər rəhbərliyinin məlumatına görə, 5 nəfər ölüb, 10 nəfər xəstəxanalara yerləşdirilib.

18:12

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin Nijnevartovsk şəhərində yaşayış binasında partlayış olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə şəhərin Mir küçəsində baş verib. Qaz balonunun parlaması nəticəsində binanın iki girişində dağıntılar var.

İlkin məlumata görə, iki nəfər həlak olub, üç nəfər xəsarət alıb. Dağıntılar altında sakinlərin olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə