Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə ölkə birincisi oldu

Dövlət İmtahan Mərkəzinin 2020/2021-ci tədris ili üçün açıqladığı Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbi (BANM) ən yüksək keçid balı göstəricilərinə görə ölkə birincisi olub. BANM-ə qəbul balları ötən illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Belə ki, İnfosmasiya təhlükəsizliyi ixtisası üzrə dövlət sifarişli keçid balı 689.6, ödənişli 644.5 bal olub. Ötən il bu göstərici üzrə dövlət sifarişli 674 , ödənişli isə 631 bal təşkil edib.

Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisasının dövlət sifarişi üzrə balı 672.2, ödənişli əsaslarla 622.2 olub. Ötən il bu rəqəm müvafiq olaraq 658 və 607 bal idi.

Kimya mühəndisliyi ixtisasının dövlət sifarişi keçid balı ötən il 635, ödənişli əsaslarla 583 bal təşkil etdiyi halda cari qəbul ilində bu rəqəm 649,6 və 598.4 bala qalxıb.

Neft-Qaz mühəndisliyi ixtisası üzrə də ballar ötən qəbul ilinə nəzərən yüksək olub. Keçən il dövlət sifarişi əsasında 639, ödənişli əsaslarla 589 balla bu ixtisasa qəbul mümkün idisə, bu il 645.3 və 592 bal keçid balı olaraq qeydə alınıb. Bununla da, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının ali təhsil müəssisələri arasında yenə də ən yüksək keçid balı olan ali təhsil müəssisəsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə